XL polşalı qapıçının yolunu gözləyir
21 avqust 2014 14:10
"Xəzər Lənkəran" qapıçı problemini həll etməyə yaxındı. Azerisport.az saytına açıqlamasında baş məşqçi Oğuz Çətin yeni qapıçının Polşadan olduğunu söyləyib.
Legioner qolkiper yaxın günlərdə Azərbaycana gələrək cənublularla müqavilə imzalayacaq.
Qeyd edək ki, bir həftə əvvəl baş məşqçi Oğuz Çətin komandada qapıçı probleminin olduğunu və buna yeni qolkiperin transfer olunacağını söyləmişdi.