Branimir Subaşiç: Neftçi və Partizanın şansları bərabərdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü, Türkiyənin "Manisaspor" klubunun hücumçusu Branimir Subaşiç Serbiya "Partizan"ı ilə "Neftçi" arasında bu gün keçiriləcək Avropa Liqasının ilk pley-off matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı futbolçu ölkəsindən olan jurnalistlərə açıqlamasında öncə bunları söyləyib:
"Neftçi" Sloveniya "Koper"i və Gürcüstan "Çixura"sı ilə səfər oyunlarındakı uğurlu oyunu sayəsində pley-off mərhələsinə vəsiqə qazandı. Fikrimcə, Bakı klubu iki il əvvəllə müqayisədə indi bir qədər zəifdi. O vaxt "Partizan"la hər iki oyunda heç-heçəyə nail olmuşdular. Amma Serbiya klubu da o vaxt güclü idi".
Subaşiç "Neftçi"nin sabiq hücumçusu Nikolas Kanalesin yenidən bu komandaya qayıtmasını da xüsusi qeyd edib: "O vaxt Kanales çempionatın ən məhsuldar oyunçusu olmuşdu. Təhlükəli oyunçudu. Flavinyo ilə Julius Vobayı da qeyd edərdim. Həmçinin, Azərbaycanın ən yaxşı oyunçularından hesab olunan Araz Abdullayevi də vurğulamaq lazımdı. Ernest Nfor təhlükəli hücumçudu. "Çixura" ilə oyunda het-trik etmişdi. Amma "Neftçi"nin müdafiə xətti ilə elə də yaxşı tanış deyiləm".
Branimir paytaxt klubunun son mövsümdəki çıxışına da toxunub: "Son mövsüm onlarda aınmadı. Bu mövsüm də çempionluğa oynayırlar. Ötən mövsüm isə üstünlük "Qarabağ"da idi. Bu komanda əla nəticələrlə yadda qaldı".
Yığmamızın sabiq forvardı hər iki komandanın şanslarını dəyərləndirib: "Şanslar bərabərdi. "Partizan"ın ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində Bolqarıstan "Ludoqorets"i ilə oyunları xoşuma gəlmədi. Qarşıdakı oyunda yaxşı oynayıb, qol vura bilərlər. Amma Bakıda çətin olacaq. Çünki "Partizan"ı orada dolu tribunalar qarşısında oyun gözləyir. Serbiya klubuna səfərdə rahat oynamaq yalnız o halda mümkün ola bilər ki, ev oyununda müsbət nəticə qazansın".