Hacıyev: Qırmızı forma geyməyimiz təxribat deyil
21 avqust 2014 15:20
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev komandasının "Partizan"la görüşə qırmızı rəngli formada çıxmasını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bilirik ki, "Partizan" "Srvena Zvezda" ilə əzəli rəqibdi. Qırmızı forma geyməyimiz bununla bağlı deyil. Sadəcə, rəqib meydan sahibi kimi ağ-qara rəngdə forma geyəcəyini bildirib. Buna görə biz eyni rənglərdən istifadə edə bilmərik. Ehtiyat formamız qırmızı rənglidi, ona görə bu formada oynamalıyıq. 2 il əvvəl Stamenkoviç eyni rəngli formanı geyəndə azarkeşlər bunu bilərəkdən etdiyimizi düşünmüşdü. Amma belə deyil, qaydalar bunu tələb edir".