Qarabağla Tvente rəhbərliyi 5 il sonra bir arada
21 avqust 2014 17:45
Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Tvente" oyunu öncəsi 2 klub başqanının görüşü baş tutub. Azerisport.az xəbər verir ki, iki qardaş klub rəhbərləri 5 il sonra yenidən bir araya gəliblər.
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl, "Azərsun Holdinq"in rəhbərlərindən Fevzihan Araşla "Tvente"nin prezidenti Yup Munsterman süfrə arxasına toplaşıblar. Dostluq və qardaşlıq şəraitində keçən görüş sonrası tərəflər xatirə şəkli çəkdiriblər. (klub saytı)