İliç: Partizan Neftçidən daha şanslıdı
21 avqust 2014 18:10
Serbiyanın "Partizan" klubunun müdafiəçisi Branko İliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, bizim şansımız "Neftçi" ilə müqayisədə daha çoxdu. Eyni zamanda bu rəqibin necə güclü komanda olduğunu da bilirik. Bu matçda heç kimə asan olmayacaq. İki il əvvəl mən "Neftçi"yə qarşı oynamamışdım. Çünki o vaxt "Anortosis"də çıxış edirdim. Amma bu komandanın necə güclü olduğunu bilirəm".