Nurmetov: Nəticə oyuna görə oldu
Özbəkistan millisinin futbolçusu Şaxzod Nurmetov Azərbaycanla yoxlama görüşü haqda danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İsti hava bizi çox narahat etdi. Bakıya qələbə üçün gəlmişdik, amma alınmadı. Hər iki tərəf üçün oyun çətin oldu. Əsas məqsəd məşqçilərin istəyini reallaşdırmaq idi. Nəticə önəmli deyildi. Bizim komanda nəticədən çox, öz oyunumuzu göstərməyə çalışırdı. Azərbaycan yığmasının oyununu bəyəndim. Əsas futbolçularınız olmasa da, meydandakı heyət yaxşı mübarizə apardı. İnanmıram ki, bolqarlara qarşı belə oynayasınız. Azərbaycan Bolqarıstana qarşı daha istəkli mübarizə aparacaq. Rəqibin zəif oynadığını deyə bilmərəm. Asiyada olsaydınız mükafatlar uğrunda mübarizə aparardız. Ümumilikdə, oyundan razı qaldım. Nəticə oyuna görə oldu".