Mahir Şükürov: Özbəkistanı məğlub etməyə borcluyduq
21 avqust 2014 00:25
Futbol üzrə Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Özbəkistanla yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:0 hesablı heç-heçəyə razılaşdığı qarşılaşmadan sonra bunları söyləyib:
"Çox isti vardı. Oynamaq bir qədər çətin idi. Bu oyun AÇ-2016-nın seçmə mərhələsi ərəfəsində bizim üçün vacib idi. Məşqilərə bu oyun ona görə lazımdı ki, hansı futbolçuları seçməkdə onlara yardımçı olsun. Oyunun tempi aşağı olsa da, qələbə qazanmağa borclu idik".