Danilo Dias: Qarabağ bu komandanı keçə bilər
22 avqust 2014 00:15
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Danilo Dias Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
"Bu, bizim göstərmək istədiyimiz oyun deyildi. Qol vəziyyətlərindən yararlana bilmədik. "Qarabağ" bu komandanı keçə bilər. Amma bunun üçün səfərdə qələbə qazanmaq lazımdı".