Tahir Gözəl: Qarabağın qrup mərhələsinə düşəcəyinə inanıram
Azərbaycan çempionu "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
"Komandamın oyunu xoşuma gəldi. Təəssüf ki, futbolçularımız qol vəziyyətlərindən yararlana bilmədilər. Bütün azarkeşlərə təşəkkürümü bildirirəm. Burda bacarmadağımızı artıq Hollandiyada etməliyik. Mən "Qarabağ"a da, qrup mərhələsinə düşəcəyimizə də inanıram. Bunun üçün səfərdə qələbə qazanmaq lazımdı. Xaricdə yaşayan bütün azərbaycanlıları həmin oyuna dəvət edirəm. Hətta 50-100 nəfər də olsalar, bizə bu dəstək lazımdı. Ən azından onların səsini eşidəcəyik. "Neftçi"yə də uğurlar arzulayıram".