Qara Qarayev: Səfərdə qələbə qazanmağımız lazımdı
22 avqust 2014 00:35
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:
"Pis oyun alınmadı. Sadəcə, qol vəziyyətlərimizdən yararlana bilmədik. Niyə qol vura bilmədik? Heç özüm də bilmirəm. Vüqar Nadirovun da, Reynaldonun da bunun üçün şansı vardı. Son nöqtəni qoya bilmədilər. Heç-heçə də pis nəticə deyil. Səfərdə qələbə qazanmağımız lazımdı".