Qurbanov: Oyunçularımla fəxr edirəm
29 avqust 2014 01:05
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"sinə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"İlk növbədə "Tvente"ni təbrik etmək istərdim. Yaxşı komandadı, güclü oyunçuları var. Müəyyən mənada biz beş il öncəki qisasımızı ala bildik. Amma biz bu haqda az düşünürdük. Sadəcə, növbəti mərhələyə adlamaq istəyirdik. Oyunçularımla fəxr edirəm. Artıq növbəti oyunlarımız haqda düşünəcəyik".
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda 0:0 hesabı qeydə alınmışdı.