Fotoreportaj|Video|На русском

Futbol

Qarabağın rəqiblərini daha yaxından tanıyaq

29 avqust 2014 17:55

Azerisport.az sizi Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə tanış edir.

İnter (Milan, İtaliya)

Tam adı: F.C. Internazionale Milano S.p.A.
Yaranma ili: 1908
Stadionu: "Cüzeppe Meatsa" (San-Siro), 80 018 azarkeş tutumlu
Prezidenti: Erik Tohir
Baş məşqçisi: Valter Matsari

Klub 18 dəfə İtaliya çempionu olub, 7 dəfə ölkə kubokunu qazanıb, 5 dəfə İtaliya Super Kubokuna sahib çıxıb, 2 dəfə qitələrarası kuboku əldə edib, 3 dəfə Çempionlar Liqasının baş mükafatına sahib çıxıb, 3 dəfə də UEFA Kubokunda (indiki Avroliqa) qızıl medalları qazanıb.

"İnter"in xüsusi təqdimata ehtiyacı yoxdu. İtaliyanın ən nəhəng klublarından biri olan Milan təmsilçisi son illər uğursuz çıxış edir. Son mövsümdə bu komanda A Seriyasını 6-cı yerdə başa vurub. Məhz bunun sayəsində Avropa Liqasına vəsiqə qazanan "İnter" bu turnirin pley-off mərhələsində İslandiya "Styarnan"ına iki oyunun nəticəsinə görə 9 cavabsız qol vurub (səfərdə 3:0, evdə 6:0).

"İnter" Azərbaycanlı futbolsevərlərə də yaxşı tanışdı. İki il öncə bu komanda Avroliqanın qrup mərhələsində "Neftçi" ilə eyni qrupda yer almışdı və Bakıda 3:1 hesablı qələbədən sonra Milanda 2:2 hesablı heç-heçəyə razılaşmışdı.

Dnepr (Ukrayna)

Tam adı: Футбольний клуб Днiпро
Yaranma ili: 1918
Stadionu: "Dnepr Arena". 31 003 tamaşaçı tutur
Prezidenti: İqor Kolomoyski
Baş məşqçisi: Miron Markeviç

"Dnepr" 2 dəfə SSRİ çempionu olub, 1 dəfə SSRİ Kubokuna, 1 dəfə SSRİ Super Kubokuna sahib çıxıb. Ukrayna çempionatında iki dəfə gümüş mükafatçı olub, 3 dəfə Ukrayna Kubokunda final oynayıb, 1 dəfə isə İntertoto Kubokunun finalına yüksəlib.

"Dnepr" artıq neçə illərdi ki, Ukrayna nəhəngləri "Şaxtyor", "Dinamo" və "Metallist"ə rəqabət yaratmağa çalışan əsas rəqiblərdəndi. Komanda son mövsümdə ikinci olub. Klubun büdcəsi 90 000 000 dollara yaxındı.

Avropa Liqasının pley-off mərhələsində bu komanda Xorvatiya "Hayduk"unu çətinliklə keçib (evdə 2:1, səfərdə 0:0).

Sent-Etyen (Fransa)

Tam adı: Association Sportive de Saint-Étienne Loire
Yaranma ili: 1919
Stadion: "Jofrua Qişar", 35 616 tamaşaçı tutumlu
Prezidenti: Bernar Kayaçço
Baş məşqçisi: Kristof Qalte

Bu komanda 10 dəfə Fransa çempionu olub, 6 dəfə ölkə kubokunu qazanıb. 5 dəfə Fransa Super Kubokuna sahib çıxan klub Çempionlar Kubokunun da finalçısı olub.

"Sent-Etyen" ötən mövsüm son 32 ildə ilk tituluna sahib çıxdı. Bu komanda Fransa Kubokunu qazanmaqla uzun illərdi davam edən uğursuz gedişata son qoydu. Komanda son mövsümdə Liqa 1-də də dördüncü olmuşdu. Avroliqanın pley-off mərhələsində bu komanda Türkiyənin "Karabükspor" klubuna penaltilər sayəsində qalib gəlib (səfərdə 0:1, evdə 1:0, penaltilər - 4:3).

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah