Maksim Medvedev: İnterlə oyunumuz daha maraqlı olacaq
29 avqust 2014 19:35
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə asan rəqiblər düşməyib. "İnter" (İtaliya), "Sent-Etyenn" (Fransa), "Dnepr" (Ukrayna) kimi komandalarla oyunlarda öz gücümüzü sınayacağıq. Qrup mərhələsinə çıxmaqla kifayətlənmək istəmirik. Milanlılarla oyun bizim üçün daha maraqlı olacaq. Hər halda bir şeyi dəqiq bilirəm ki, bu rəqiblərlə oyunlarda qələbəni onlardan az istəməyəcəyik".