Bakının baş məşqçisi Ülvi Süleymanzadəni Lansa buraxmır
30 avqust 2014 13:15
"Bakı"nın gənc futbolçusu Ülvi Süleymanzadənin Fransanın "Lans" klubuna yollanması problemə çevrilib. Azerisport.az xəbər verir ki, o, hələ də "zolaqlılar"ın düşərgəsində məşq keçir.
Fransızlar "Bakı"nın bir neçə üzvü kimi, onu da "Lans"ın düşərgəsində görmək istəyirdilər. Amma "zolaqlılar"ın çalışdırıcısı İbrahim Uzunca Ülvini Fransa klubuna göndərmək istəmir. Halbuki, türkiyəli mütəxəssis Süleymanzadəni çempionat oyunlarına da buraxmır.