Qalte: Qarabağ müəmmalı komandadı
30 avqust 2014 00:15
Fransanın "Sent-Etyen" komandasının baş məşqçisi Kristof Qalte Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın da yer aldığı F qrupunu dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, İtaliya "İnter"i ilə Ukrayna "Dnepr"inin də yer aldığı qrupla bağlı bunları söyləyib:
"Bizə kifayət qədər ortabab qrup düşüb. "İnter"in təqdimata ehtiyacı yoxdu. "Dnepr" də çox güclüdü. "Qarabağ"ı isə mən müəmmalı komanda adlandırardım".