Zanetti: Bütün oyunlar çətin olacaq
30 avqust 2014 11:45
Milan "İnter"inin vitse-prezidenti Xavyer Zanetti Avropa Liqasının qrup mərhələsindəki rəqibləri ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Monakodakı püşkatmada klubu təmsil edən veteran futbolçu tədbirdən sonra bu sözləri deyib:
"Avropa səviyyəsindəki bütün oyunlar çətindi. Pley-off mərhələsində biz öz səviyyəmizi göstərdik. Eyni tempdə davam edəcəyimizə ümidliyəm. Hədəfimiz hər bir turnirdə mümkün qədər irəliləməkdi".
Qeyd edək ki, F qrupunda yer alan son Azərbaycan çempionu "Qarabağ" "İnter" (İtaliya), "Dnepr" (Ukrayna) və "Sent-Etyenn"lə (Fransa) qarşılaşacaq.