Oğuz Çətin: Qarabağ böyük uğura imza atdı
30 avqust 2014 12:00
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb. Azerisport.az xəbər verir ki, o, Ağdam klubunu təbrik edib:
"Qurban Qurbanov sevdiyim və hörmət etdiyim məşqçilərdəndi. Onu və komandasını Avroliqanın qrup mərhələsinə çıxması münasibətilə təbrik edirəm. Onlar böyük uğura imza atdılar. Premyer Liqa klubunun belə bir turnirin qrup mərhələsinə vəsiqə qazanması bütün Azərbaycan futbolunun uğurudu".