Azərbaycan Macarıstana penaltilərlə uduzdu
31 avqust 2014 17:40
Jumeirah Bilgah Beach otelinin çimərlik futbolu meydançasında təşkil olunmuş Çimərlik Futbolu üzrə Avropa Kuboku – Bakı 2014 (Europen Beach Soccer Cup - Baku 2014) turnirində bu gün final mərhələsinin oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması 5-ci yer uğrunda oyunda Macarıstanla qarşılaşıb və penaltilərlə uduzub.
3-cü yer uğrunda qarşılaşmada Yunanıstan və Rusiya, finalda isə İsveçrə və İspaniya yığmaları üz-üzə gələcək.
5-ci yer uğrunda oyun
Azərbaycan - Macarıstan - 3:3, penaltilər - 1:2
Yığmamızın qollarını Baxşəliyevlə dubla imza atan Allahquliyev vurub.
3-cü yer uğrunda oyun
17:30. Yunanıstan - Rusiya
Final
18:45. İsveçrə - İspaniya