Foqtsun Moskvada mətbuat konfransı olacaq
1 sentyabr 2014 13:25
Azərbaycan milli komandasının baş məqşçisi Berti Foqtsun Moskvada mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir sentyabrın 2-də, yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə saat 16:30), Moskva şəhərindəki "Ekaterinsky Hall" otelində baş tutacaq.
Xatırladaq ki, sentyabrın 3-də, Moskva şəhərindəki "Ximki Arena"da Rusiya və Azərbaycan milli komandaları yoldaşlıq oyununda qarşılaşacaq.