Mahir Şükürov "fərqləndi", komandası mövsümə 1 xalla başladı
1 sentyabr 2014 00:05
Türkiyə PTT 1-ci Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da ilk matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb.
Şükürov oyuna start heyətdə çıxıb və 90 dəqiqə meydanda olub. O, 45-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.