Fotoreportaj|Video|На русском

Futbol

Autsayder zirvədən əl çəkmir

1 sentyabr 2014 00:10

Topaz Premyer Liqasında daha bir tur geridə qaldı. Azerisport.az xəbər verir ki, üç gün ərzində keçirilən bu turun oyunları hamısının baş tutması və liderin dəyişməsi ilə əlamətdar oldu.

Öncə cümə günü Lənkəranda "Xəzər Lənkəran"la "İnter" qarşılaşdı. Cari mövsümə çox pis başlayan cənub təmsilçisi ilk qələbəsini qazanmaq arzusunda idi. "Bankirlər" isə tura lider kimi başlamışdılar və zirvədəki yerlərini qorumaq ümidindəydilər. Amma Oğuz Çətinin komandası nəhayət bu turda toparlana və əsas rəqiblərindən birinə qalib gəlməyi bacardı. Erkən qol buraxan paytaxt təmsilçisinin sonrakı dəqiqələrdə fəallığı bəhrəsiz qaldı. Beləcə, "ağ-yaşıllar" uğursuz gedişata son qoya bildilər. "İnter" isə zirvəni əldən verməli oldu.

Çünki cari mövsüm məhz "Xəzər Lənkəran"a səfərdə qalib gələn, "Qarabağ"a 0:3 hesabıyla uduzmasına rəğmən, texniki qələbəyə sevinən "Sumqayıt"  bu tur daha bir zəfərə sevindi. Düzdü, Aqil Məmmədovun komandası əvvəlki turda "İnter"ə biabırçı hesabla uduzmuşdu. Görünür, elə həmin məğlubiyyətin əvəzini çıxmaq istəyinin də "Araz Naxçıvan"la ev oyunundakı qələbədə müəyyən payı vardı. Baxmayaraq ki, sumqayıtlıların bu qələbəsi Naxçıvan təmsilçisinin düşərgəsində böyük narazılıqlara səbəb oldu. Muxtar Respublika təmsilçisinin rəsmiləri hakim səhvlərindən şikayət edərək hətta AFFA və PFL-i çempionatdan çıxarmaq fikrinə də düşüb. Hər halda "Sumqayıt"ın baş məşqçisinin dediyi kimi, hazırda bir reallıq var, o da bu komandanın Premyer Liqamızın lider olmasıdı.

Maraqlı nəticələrdən biri də Qəbələdə qeydə alındı. Burada da yerli "Qəbələ" ilə AZAL üz-üzə gəldi. "Təyyarəçilər" bu tura kimi qələbəyə həsrət idi. İlk turdakı "İnter" məğlubiyyətinin ardından iki ardıcıl qələbəyə sevinən Dorinel Muntyanunun komandası isə uğurlu çıxışını davam etdirmək istəyirdi. Amma paytaxt təmsilçisi böyük əzmkarlıq nümayiş etdirərək heç kimin gözləmədiyi halda bu çətin səfərdən qələbəylə dönməyi bacardı. Beləcə, "Qəbələ"nin qeyri-sabit çıxış etdiyi bir daha təsdiqini taparkən, Tərlan Əhmədovun komandası da ilk dəfə 3 xal qazanmağın sevincini yaşadı.

Son oyun günündə öncə "Neftçi" yeni mövsümə uğurlu başlayan "Simurq"u qəbul etdi. Avroliqadakı çıxışını başa vurduqdan sonra bütün diqqətini Premyer Liqaya yönəldən paytaxt təmsilçisi hər hissənin ilk dəqiqələrində vurduğu qollar sayəsində qələbə qazandı. Böyükağa Hacıyevin bu oyunda Ernest Nforun xidmətindən ümumiyyətlə yararlanmaması isə diqqətçəkən oldu. Zaqatala klubunun uğurlu seriyası isə qırılmış oldu. Bir oyunu təxirə salınan Georgi Çixradzenin komandası cari mövsümdə ilk dəfə xal itirdi. Özü də məğlubiyyətlə. Bununla da Premyer Liqanın elə 4-cü turundan etibarən məğlubiyyətsiz komanda statusu daşıyan təmsilçisi qalmadı.

Nəhayət, tura "Qarabağ" - "Bakı" qarşılaşması ilə yekun vuruldu. Bu görüşdə Ağdam təmsilçisinin asan qələbə qazanacağını gözləyənlər çox idi. Amma "Qarabağ" hesabı çox çətinliklə, penaltidən açdı. Fasilədən sonra isə əzmkar oyun sərgiləyən "zolaqlılar" ardıcıl iki qol vurmaqla hər kəsi təəccübləndirdilər. Lakin Qurban Qurbanovun komandası əsasən gənclərdən qurulmuş komandaya biabırçı məğlubiyyətdən son anda qurtula bildilər. Nəticədə, qarşılaşma sülhlə bitdi. Son çempion növbəti dəfə xal itkisi ilə üzləşdiyi halda, paytaxt təmsilçisi yeni mövsümdə ilk xalını qazanmış oldu.

Topaz Premyer Liqası
4-cü tur

Xəzər Lənkəran - İnter - 1:0
Qol: Elnur Abdullayev, 5.
Sarı vərəqələr: Elnur Abdullayev, 6 (qeyri-idman hərəkəti); Rauf Əliyev, 34 (qeyri-idman hərəkəti); Qalin İvanov, 59 (simulyasiya); Rəşad Sadiqov, 66 (qeyri-idman hərəkəti) - Derlis Meza Kolli, 16 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
29 avqust 2014. Saat 20:00. “Xəzər Lənkəran” mərkəzi stadionu. 8000 tamaşaçı.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov (28. Fernando Qabriel, 85), 8. Qalin İvanov (22. Əfran İsmayılov, 69), 10. Elnur Abdullayev (33. Rasim Ramaldanov, 90+3), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Manuel Skarlatake, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 13. Aleksandr Şemonayev, 97. Elnur Cəfərov, 99. Dejan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (10. Elvin Məmmədov, 46), 15. Yohan Bokonyano (80. Nizami Hacıyev, 75), 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (12. Junior Nildo, 67), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 33. Matiya Spiçiç, 91. Coşqun Diniyev.
Baş məşqçi: Kaxaber Sxadadze.

Sumqayıt - Araz Naxçıvan - 1:0
Qol: Kiyan Sultanpur, 22.
Sarı vərəqələr: Vurğun Hüseynov, 11 (qeyri-idman hərəkəti); 52 (qeyri-idman hərəkəti); Tərzin Cahangirov, 61 (qeyri-idman hərəkəti); Şahruddin Məhəmmədəliyev, 90 (qeyri-idman hərəkəti) - Tərlan Xəlilov, 64 (qeyri-idman hərəkəti); David Janelidze, 75 (qeyri-idman hərəkəti); Bəxtiyar Soltanov, 87 (qeyri-idman hərəkəti); Kamal Bayramov, 90+3 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Vurğun Hüseynov, 52.
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
30 avqust 2014. Saat 20:00. “Kapital Bank Arena”. 1500 tamaşaçı.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov (45. Murad Ağayev, 90+2), 11. Kiyan Sultanpur, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 23. Şəhriyar Xəlilov (77. Təvəkkül Məmmədov, 46), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 6. Tagim Novruzov, 8. Ceyhun Cavadov, 17. Ramazan Abbasov, 22. Tofiq Mikayılov.
Baş məşqçi: Aqil Məmmədov.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov (23. Elnur Abdulov, 46), 7. Ramal Hüseynov (9. Qərib İbrahimov, 67), 10. Eşqin Quliyev, 17. Bəxtiyar Soltanov, 19. Tərlan Xəlilov (11. Vüqar Əsgərov, 65), 20. Ruslan Zubkov, 21. David Janelidze, 24. Azər Məmmədov, 25. Aleksandr Krustkeviç.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 3. Əlimirzə Daşzərini, 8. Elmin Çobanov, 14. Elhad Nəziri.
Baş məşqçi: Əsgər Abdullayev.

Qəbələ - AZAL - 1:2
Qollar: Cavid Hüseynov, 82-pen. - Rəşad Abdullayev, 45+1-pen. Kərim Diniyev, 68.
Sarı vərəqələr: Adrian Ropotan, 3 (qeyri-idman hərəkəti); Pavol Farkaş, 45+1 (rəqibə badalaq); Ruslan Abışov, 64 (düzgün olmayan sürüşmə fəndi) - Oskar Klava, 10 (rəqibə badalaq); Eduardo Makiel, 31 (qeyri-idman hərəkəti); 90+3 (qeyri-idman hərəkəti); Laşa Kasradze, 56 (arxadan ayağa zərbə); Luis Ramos, 65 (qeyri-idman hərəkəti); Kərim Diniyev, 69 (rəqibi tutduğuna görə); Stanislav Namaşko, 90 (oyunun bərpasını gecikdirdiyi üçün).
Qırmızı vərəqə: Eduardo Makiel, 90+3.
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
30 avqust 2014. Saat 19:30. Qəbələ şəhər stadionu. 2800 tamaşaçı
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal (21. Yazalde Pinto, 71), 9. Viktor Mendi, 11. Andrey Kristya (90. Ekiqo Ehiosun, 61), 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş (10. Dodo, 52).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Baş məşqçi: Dorinel Muntyanu.
AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev (7. Təmkin Xəlilzadə, 73), 6. Eduardo Makiel, 9. Aydın Qasımov (18. Orxan Lalayev, 78), 11. Con Kordoba, 12. Luis Ramos (17. Viktor İqbekoyi, 66), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 49. Taleh Əsədov, 3. Xuan Fransisko, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.

Neftçi - Simurq - 2:1
Qollar: Araz Abdullayev, 2, Julius Vobay, 47 - Karlos Kardoso, 54-öz qapısına.
Sarı vərəqələr: Emin Mehdiyev, 19 (qeyri-idman hərəkəti); Erik Ramos, 75 (qeyri-idman hərəkəti); Saşa Stamenkoviç, 90+4 (bilərəkdən vaxtı uzatdığına görə) - İlkin Qırtımov, 63 (hakimi aldatdığına görə); Lukaş Treşnyak, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
31 avqust 2014. Saat 18:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1150 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay (15. Erik Ramos, 70), 11. Nikolas Kanales (23. Ruslan Qurbanov, 80), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (21. Samir Məsimov, 62), 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 17. Nicat Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (21. Murad Səttarlı, 63), 10. Rəşad Eyyubov, 15. Stepan Polyak (9. Lukaş Treşnyak, 78), 18. Tural Axundov, 20. İdan Vaytsman (8. Patrik Osiako, 52), 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı.
Baş məşqçi: Georgi Çixradze.

Qarabağ - Bakı - 2:2
Qollar: Çumbinyo, 32-pen. Muarem Muarem, 84 - Nurlan Novruzov, 66, Yure Travner, 70.
Sarı vərəqələr: Admir Teli, 44 (qeyri-idman hərəkəti); İbrahim Şehiç, 71 (qeyri-idman hərəkəti); Vüqar Nadirov, 73 (qeyri-idman hərəkəti); Reynaldo Silva, 89 (qeyri-idman hərəkəti) - Mikayıl Rəhimov, 31 (qeyri-idman hərəkəti); Lukas Mario Horvat, 83 (qeyri-idman hərəkəti); Aqil Məmmədov, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 4 dəq.
31 avqust 2014. Saat 20:30. “İnter Arena”. 1000 tamaşaçı
Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (20. Riçard Almeyda, 57), 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 11. Danilo Dias (10. Muarem Muarem, 70), 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 70. Çumbinyo, 77. Cavid Tağıyev (17. Vüqar Nadirov, 57).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 10. Nurlan Novruzov (17. Elmin Əsgərli, 90+1), 18. Əziz Quliyev  (11. Tural Qürbətov, 63), 19. Elton Hüseynov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (16. Rövşən Əmiraslanov, 88), 37. Mikayıl Rəhimov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 15. Azad Kərimov, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
 

1 Sumqayıt 4 3 0 1 6 5 +1 9
2 İnter 4 2 1 1 9 2 +7 7
3 Simurq 3 2 0 1 5 2 +3 6
4 Neftçi 3 2 0 1 3 4 –1 6
5 Qəbələ 4 2 0 2 4 6 –2 6
6 AZAL 3 1 1 1 3 4 –1 4
7 XL 4 1 1 2 2 4 –2 4
8 Araz N 3 1 0 2 3 2 +1 3
9 Qarabağ 3 0 2 1 2 5 –3 2
10 Bakı 3 0 1 2 2 5 –3 1

Bombardirlər:
4
- Mikel Alvaro (İnter)
2 - David Janelidze (Araz Naxçıvan), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah