Qarabağın 3 futbolçusu Ağdama yollandı
1 sentyabr 2014 12:35
Son Azərbaycan çempionu "Qarabağ" bu gün Ağdama yollanıb. Azerisport.az xəbər verir ki, səfərdə məqsəd qazanılmış çempionluq kubokunu Ağdamda, Quzanlıda yaşayan ağdamlı azarkeşlərə təqdim etməkdi.
Lakin komanda səfərə tam heyətlə yollanmayıb. Futbolçulardan yalnız qapıçı Fərhad Vəliyev, müdafiəçi Maksim Medvedev və yarımmüdafiəçi Namiq Yusifov Ağdama gedib. Komandanın baş məşqçisi Qurban Qurbanov da Ağdama yollananlar sırasındadı.