Azərbaycan yığmasının forvardı bombardirlər yarışında 6-cı oldu
15 sentyabr 2014 18:30
Çimərlik futbolu üzrə Azərbaycan yığmasının hücumçusu Sabir Allahquliyev dünya çempionatının seçmə mərhələsinin komandamızın bombardiri olmaqla yanaşı, turnirin ən məhsuldar futbolçuları sırasında da altıncı olub. Azerisport.az xəbər verir ki, rəqib qapılarından 11 top keçirən futbolçumuz bu göstəricisinə görə estoniyalı Kristian Marmorla eyni pilləni bölüşür.
Ən yaxşı bombardir isə isveçrəli Deyan Stankoviç olub. Onun hesabında 21 qol var.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə 24 komanda arasında 13-cü olub.