İsrafilov Vilyarreala qarşı oynamadı
15 sentyabr 2014 19:50
Futbol üzrə İspaniya La Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" doğma meydanda "Vilyarreal"la qarşılaşıb.
Oyun qolsuz bitib. "Qranada"ya bir həftə öncə qoşulmuş İsrafilov matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qranada" hazırda 5 xalla 6-cı yerdə gedir.