Fotoreportaj|Video|На русском

Futbol

"Qarabağ ev oyunlarında çox təhlükəlidi"

16 sentyabr 2014 00:06

Fransanın məşhur France 24 kanalı Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" - "Sent-Etyen" görüşüylə bağlı reportaj hazırlayıb. Azerisport.az xəbər verir ki, süjetdə "Qarabağ" klubunun son illər inkişafda olması və ilk dəfə Avropa Liqasına vəsiqə qazandığı barədə məlumat verilib.

"Qarabağ klubu Fransa azarkeşlərinə tanış deyil. Amma bir neçə gün sonra "Sent-Etyen" bu klubun qonağı olacaq. Son illər Azərbaycanda bu kluba sevgi çoxdu. Ev oyunlarında stadionlarda anşlaq olur. Bu kluba inam və sevgi həm də adla bağlıdı. "Qarabağ" Ağdamı təmsil edir, indi bu torpaqlarda oyunlar keçirmək mümkün deyil. Ona görə "Qarabağ" oyunları paytaxt Bakıda keçirir. Azərbaycan deyəndə həm də "Lans" klubu yada düşür. Bu klubun azərbaycanlı sahibi Hafiz Məmmədov maliyyə dəstəyi göstərdikdən sonra klub yüksək dəstəyə vəsiqə qazandı.

Azərbaycanda futbol çox sevilir. Amma uğurlar azdı. Ən böyük uğurlar güləş, cüdo və şahmatdadı. Bununla belə insanların çoxu məhz futbolla yaşayır. Hər bir klubun güclü sponsorları var. Bu sponsorlar ölkədə fəaliyyət göstərən şirkətlərdən seçilib. Son ölkə çempionu "Qarabağ" Avropa Liqasında qrupa vəsiqə qazanmaqla azarkeşlərinə böyük hədiyyə etdi. Ev oyunlarında "Valetta", "Zalsburq" kimi komandaları məğlub edən "Qarabağ" "Tvente" ilə 0:0 oynadı. Komandanın güclü azarkeş dəstəyinə malik olması futbolçuları daha da motivasiya edir. Təsəvvür edin, azarkeşlər oyun ərzində dayanmadan komandaya sevgisini bildirir.

"Sent-Etyen"lə oyuna gəldikdə "Qarabağ"dan fərqli olaraq bizim təmsilçi pley-offda yarışmaq istəyir. Ona görə səfərdə qələbə qazanmaq vacibdi. Amma bu rəqiblə səfərdə uğur əldə etmək asan olmayacaq. Azərbaycan çempionu ev oyunlarında təhlükəlidi. Debütant olduğu üçün ehtiyatlı olmaq gərəkdi. Komandanın əsas qol silahı Reynaldodu. Braziliyalı 2 il əvvəl transfer olunub. Bu il əksər oyunlarda qol vuran sambaçı sürəti hesabına rəqibə problem yaradır.

Komandada azərbaycanlı futbolçular azlıq təşkil edir. Çünki, ölkə futbolu yalnız son illərdə inkişafa qədəm qoydu. Böyük yatırımlar olsa da, ölkənin Avropa səviyyəli futbolçuları yoxdu. Azərbaycan millisinin bir neçə futbolçusu da "Qarabağ"ın şərəfini qoruyur. Komanda adətən hesabda geri düşəndə belə təslim olmur.

Paytaxt Bakı son illər çox dəyişib. Şəhərdə gözəl tikililər, tarixi binaları görmək mümkündü. Bakıda həm də Fransa litseyi fəaliyyət göstərir".

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah