Sent-Etyenin futbolçusu: Qarabağ bizim üçün müəmmalı komandadı
16 sentyabr 2014 00:17
Fransanın "Sent-Etyen" klubunun futbolçusu Bayal Sall Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Qarabağ"la ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Komandamızın növbəti mərhələyə adlayacaq gücdə olduğuna əminəm. Baxmayaraq ki, bu mərhələdəki ilk rəqibimiz bizim üçün müəmmalı bir komandadı. Tezliklə onların bir neçə oyununa baxacağıq. Fikrimcə, orada çox şeyə aydınlıq gələcək".