Mərkəzi arenada Nou Kamp və Santyaqo Bernabeudakı qazondan salınır
Tofiq Bəhramov adına Respublika stadionunun qazonu dəyişdirilir. Azerisport.az xəbər verir ki, bu işlə İngiltərənin "SIS Pitches" şirkəti məşğuldu.
Maraq üçün qeyd edək ki, bu şirkətin hazırda inşası davam etdirilən Bakı Olimpiya stadionu ilə də müqaviləsi var. Yəni ölkəmizdəki ən böyük stadion olacaq həmin arenanın da qazonunu məhz ingilislər döşəyəcək.
Mərkəzi arenaya salınan qazonun sentyabrın 18-dək hazır olması gözlənilir. Çünki həmin gün bu arenada Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" Fransa "Sent-Etyen"i ilə qarşılaşacaq.
"SIS Pitches" şirkəti Bakıya 23 əməkdaşını göndərib. Onlar dünyanın "Santyaqo Bernabeu", "Nou Kamp" və "Amsterdam Arena" kimi məşhur stadionlarında çalışıblar və mərkəzi arenada da oxşar qazondan salırlar.