Jeremi Kleman: Qarabağla bağlı çox az məlumatımız var
16 sentyabr 2014 12:00
Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Jeremi Kleman Avropa Liqasının F qrupu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Çempionatdakı qələbədən sonra artıq "Qarabağ"la Avroliqa oyununa köklənə bilərik. Amma bu rəqib haqda bizə çox az şey məlumdu. Bu, xüsusi bir səfərdi. Ona görə də biz yaxşı hazırlaşmalıyıq".