Foqts Feryusson, Kapello və Del Boske kimi mütəxəssislərlə bir arada
16 sentyabr 2014 15:20
Sankt-Peterburqda FİFA və UEFA-nın DÇ-2014-ün yekunları ilə bağlı texniki konfransı keçirilir. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək tədbirdə Avropanın, eləcə də dünyanın əskər milli komandalarının baş məşqçiləri dünya futbolunun inkişaf ənənələrini müzakirə edəcəklər.
Qonaqlar arasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts, eləcə də Aleks Ferqyusson, Visente del Boske, Antonio Konte, Roy Hocson, Yoahim Löv, Fabio Kapello, Dik Advokat və başqa tanınmış mütəxəssislər də var.