Sent-Etyen Azərbaycanda zəhərlənməkdən qorxur
17 sentyabr 2014 00:40
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Fransanın "Sent-Etyen" klunu Azərbaycana öz aşbazını da gətirir. Azerisport.az xəbər verir ki, buna səbəb onların Bakıda zəhərlənməkdən ehtiyatlanmasıdı.
Məsələ burasındadı ki, fransızlar Avroliqanın pley-off mərhələsi çərçivəsində keçirilmiş Türkiyə "Karabükspor"u ilə səfər oyunundan sonra belə bir problemlə üzləşiblər. Həmin vaxt sözügedən komandanın bəzi üzvlərində zəhərlənmə aşkarlanmışdı. Buna görə də eyni aqibətlə üzləşmək istəməyən "Sent-Etyen" Bakıya hazırlıqlı gəlir.
Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" matçı sentyabrın 18-də keçiriləcək.