Qaltye: Qarabağ qrupun əsas favoritlərindəndi
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
- Komandamın oyunundan razıyam. Tez-tez hücum edirdik, bir neçə dəfə rəqibi ofsayda saldıq. Demək olar ki, heç bir səhvə yol vermədik.
- Razısız ki, komandanız hücumda zəif oynadı?
- Bu, məni o qədər də narahat etmir. Bizə müdafiədə çətin oldu. Ona görə də daha çox müdafiə futboluna üstünlük verməli olduq.
- Bəs "Qarabağ"ın oyunu haqda nə deyə bilərsiz?
- Onların son oyunlarına baxmışdım. Azarkeşlərdə "Qarabağ"ın elə də güclü komanda olmadığı barədə təəssürat yarana bilər. Amma bu oyundan sonra rəqibə hörmətim daha da artdı. Bizim bu oyunda qol buraxmamağımız böyük uğurdu. Fransada daha yaxşı oynamağa çalışacağıq.
- Fransa mətbuatı F qrupunda ikincilik uğrunda "Sent-Etyen"lə "Dnepr"in mübarizə aparacağını bildirmişdi. Sizcə, bu mübarizədə "Qarabağ" da ola bilər?
- Bu oyundan sonra "Qarabağ"a qarşı fikrim yaxşı mənada dəyişdi. "İnter" qrupun favoritidi. Qurban Qurbanovun taktiki dəyişiklərindən sonra başa düşdüm ki, "Qarabağ" da bu qrupun əsas favoritlərindən biridi.
- Komandanız bu oyunda neçə hücum etdi?
- "Qarabağ" Fransada da hücum edəcək. Amma bizim hücum etmədiyimizi demək olmaz. Kifayət qədər hücum təşkil etdik. Bu gün güclü oynamamağımızı başa düşmək olar. "Qarabağ"ın heyətində Azərbaycan yığmasının çoxlu futbolçusu var. Hamınıza sağ ol, "Qarabağ"a isə "bravo" deyirəm.