Qarabağda Çumbinyo şoku
19 sentyabr 2014 15:00
Azərbaycan çempionu "Qarabağ" çox ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ötən gecə Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki ilk oyununda Fransa "Sent-Etyen"i ilə qarşılaşan Ağdam klubunun aparıcı yarımmüdafiəçisi Çumbinyo sıradan çıxıb.
İlk yarının sonlarında dizindən aldığı zədə səbəbindən oyunu başa vura bilməyən braziliyalı yarımmüdafiəçi bu gün tibbi müayinədən keçirilib. Məlum olub ki, futbolçunun zədəsi çox ciddidi.
Əldə etdiyimiz məlumata görə, Çumbinyo altı ay yaşıl meydanlardan kənarda qalacaq.