Əsgər Abdullayev: Gücümüz budu
20 sentyabr 2014 21:35
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçularımız döyüşdülər. Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budu. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdılar".