Mahir Şükürov oynamadı, komandası 3 qolla uduzdu
21 sentyabr 2014 00:05
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 3-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Osmanlıspor"la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Mahir bu oyunu ehtiyatda izləyib.
Qeyd edək ki, "Karşıyaka" 3 turdan sonra 4 xalla 9-cu yerdə gedir.