Ağasəlim Mircavadov: AÇ-2020 Azərbaycan üçün tarixi hadisədi
21 sentyabr 2014 00:35
Veteran məşqçi Ağasəlim Mircavadov azərisport.az-a açıqlamasında AÇ-2020-nin oyunlarının Bakıda keçirilməsini yüksək qiymətləndirib:
"Bu, Azərbaycan futbolu üçün tarixi hadisədi. Həm də ölkə üçün əhəmiyyətli yarışdı. 2020-ci ildə ölkəmiz qitə birinciliyinin iştirakçısı kimi təşkilati işləri yüksək səviyyədə həll edəcək. Azərbaycan idman turnirlərini keçirməkdə böyük təcrübəyə malikdi. Bu mənada AÇ-2020 yaddaşlarda dərin iz buraxacaq. AFFA-nın bu müsabiqədə uğur qazanması hamımızı sevindirir. Bizi böyük oyunlar və tarixi Avropa çempionatı gözləyir".