Qarabağ Simurqa qalib gəldi, Neftçi Qəbələ ilə sülh bağladı
Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.
Öncə turun mərkəzi oyununda Qəbələdə rayonun eyniadlı komandası "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qolsuz başa çatıb. Turun qapanış matçında isə son çempion "Qarabağ" "Simurq"u qəbul edib. Ağdam klubu minimal hesablı qələbəyə sevinib.
Topaz Premyer Liqası
6-cı tur
21 sentyabr
Qəbələ - Neftçi - 0:0 (0:0)
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rahil Ramazanov, Teymur Fərhadov.
Qəbələ şəhər stadionu.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markus Vidal, 9. Viktor Mendi, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Elvin Camalov, 11. Andrey Kristya, 13. Murad Musayev, 21. Yazalde de Pinto, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Dorinel Muntyanu.
Neftçi: 1. Emil Balayev, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 14. Elnur Allahverdiyev, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 3. Denis Silva, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 28. Emin Mehdiyev.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ - Simurq - 1:0 (0:0)
Qol: V.Nadirov, 65 (1:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Fərid Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Turun digər oyunları: İnter - Bakı 7:0, Sumqayıt - AZAL 0:1, Xəzər Lənkəran - Araz Naxçıvan 2:0.
Bombardirlər:
4 - Mikel Alvaro (İnter)
3 - Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).