"Komandamız Qarabağla oyunda əla müdafiə olundu"
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Əlbəttə, çox istərdim ki, Avroliqa oyununda bütün aparıcı futbolçularımızın xidmətindən yararlana bilim. Amma zədəlilərimiz, üstəlik, yorğunluq var idi. "Qarabağ"la oyunda meydana çıxan, lakin əvvəllər az oynamış futbolçulardan razı qaldım. Pol Baysseni "Qarabağ"la oyunda ona görə meydana buraxdım ki, Fransua Klerklə müqayisədə daha əla formada idi. Onun müdafiədəki oyunundan razı qaldım. Heç bir səhvə yol vermədi. O, universal oyunçudu. Ümumiyyətlə, komandamız bu oyunda əla müdafiə olundu. Bir neçə əks-hücum imkanımız olsa da, boşa verdik. Komandamın hər iki turnirdə inamlı çıxış edəcəyinə inanıram".