İnter büdrədi, Qarabağ Neftçiyə, Bakı Araz Naxçıvana qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 7-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
Turun mərkəzi oyunu “Neftçi” və “Qarabağ” arasında keçirilib. Azərbaycan derbisi Ağdam klubunun inamlı qələbəsiylə başa çatıb.
Bu oyunla eyni saatda “Bakı” doğma meydanda “Araz Naxçıvan”la qarşılaşıb. Bakılılar yeni mövsümdəki ilk qələbəsini məhz bu oyunda qazanıblar.
Günün son oyununda isə lider "İnter" səfərdə AZAL-la üz-üzə gəlib. Paytaxt derbisində qalib müəyyənləşməyib.
Topaz Premyer Liqası
7-ci tur
27 sentyabr
Neftçi - Qarabağ 1:3 (0:1)
Qollar: R.Almeyda, 36-pen (0:1). M.Muarem, 77 (0:2). V.Nadirov, 85 (0:3). E.Nfor, 87 (1:3).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 14. Elnur Allahverdiyev, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (k), 27. Məqsəd İsayev, 90. Ernst Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 9. Flavinyo, 11. Nikolas Kanales, 21. Samir Məsimov, 23. Ruslan Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı - Araz Naxçıvan 2:1 (1:0)
Qollar: T.Qürbətov, 28 (1:0). E.Çobanov, 50 (1:1). N.Qurbanov, 74 (2:1).
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Bakı: 1. Aqil Məmmədov, 19. Elton Hüseynov, 6. Vüqar Bəybalayev, 3. Yure Travner, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat (k), 18. Əziz Quliyev, 11. Tural Qürbətov, 10. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 17. Elmin Ələsgərli, 15. Azad Kərimov, 4. Ülvi Süleymanov, 20. Valeh Seyidov, 45. Mahir Mədətov.
Baş məşqçi: İbrahim Uzunca.
Araz Naxçıvan: 85. Kamal Bayramov (k), 3. Əlimirzə Daşzərini, 2. Tural Hümbətov, 7. Ramal Hüseynov, 10. Eşqin Quliyev, 13. Aqil Nəbiyev, 17. Bəxtiyar Soltanov, 20. Ruslan Zubkov, 21. David Janelidze, 44. Saşa Yunisoğlu, 91. Kamil Nurəhmədov.
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 4. Emin Cəfərquliyev, 6. Budaq Nəsirov, 8. Elmin Çobanov, 15. Ruslan Nəsirli, 16. Kamil Hüseynov, 35. Zaman Abbaslı.
Baş məşqçi: Əsgər Abdullayev.
AZAL - İnter 1:1 (1:0)
Qollar: K.Diniyev, 4 (1:0). M.Alvaro, 75 (1:1).
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov.
Bakı. “AZAL Arena”.
AZAL: 1. Ruslan Məcidov, 4. Laşa Kasradze, 15. Oskar Klava, 22. Eltun Yaqublu, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6.Konseysao Eduardo, 12. Luis Ramos, 11. Con Kordoba, 20. Freddi Mombonqo, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 7. Təmkin Xəlilzadə, 17. Viktor İqbekoyi, 10. Tomi Kostadinov, 21. Novruz Məmmədov, 25. Adil Nağıyev.
Baş məşqçi: Tərlan Əhmədov.
İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 6. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 12. Junior Nildo, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 7. Abdulla Abatsıyev, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 15. Yohan Bokanyano, 27. Dieqo Madriqal, 33. Matiya Şpiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turun digər oyunları sabah keçiriləcək: 18:00. Simurq - Sumqayıt. 19:00. Qəbələ - Xəzər Lənkəran.
Bombardirlər:
5 - Mikel Alvaro (İnter)
3 - Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).