Əsgər Abdullayev: İstefa vermək istəyirəm
27 sentyabr 2014 18:45
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, naxçıvanlıların çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu oyunla bağlı heç nə deməyəcəyəm. Nəsə danışmaq çətindir. Bu günə kimi belə hadisələrlə üzləşməmişəm. Çox çətindir, yeni komanda, yeni futbolçular. Əgər mən Naxçıvan futboluna xeyir vermirəmsə, gedəcəyəm. Bu gün istefa vermək istəyində olduğumu rəhbərliyə deyəcəyəm. Özüm getmək istəyirəm”.