Simurq Sumqayıta qalib gəldi, XL Qəbələ ilə sülh bağladı
Bu gün Topaz Premyer Liqasında 7-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.
Öncə “Simurq” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Sumqayıtlılar iki qolla öndə olsa da, 3 ardıcıl qola sevinən Zaqatala təmsilçisi möhtəşəm əzmkar qələbəyə sevinib.
Turun qapanış matçında isə “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşıb. Qarşılaşma sülhlə başa çatıb.
Topaz Premyer Liqası
7-ci tur
28 sentyabr
Simurq - Sumqayıt 3:2 (0:1)
Qollar: M.Qurbanov, 34-pen. (0:1). O.Əliyev, 57 (0:2), A.Banaş, 60 (1:2). İ.Qırtımov, 73 (2:2), M.Stanoyeviç, 74 (3:2).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu.
Simurq: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 6. Samir Zərgərov, 9. Lukas Treşnyak, 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 8. Patrik Osiako, 13. Əli Gökdemir, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı.
Baş məşqçi: George Çixradze.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 45. Murad Ağayev.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 5. Cəmil Hacıyev, 6. Tagim Novruzov, 10. Tərzin Cahangirov, 11. Kiyan Sultanpur, 86. Fərid Quliyev.
Baş məşqçi: Aqil Məmmədov.
Qəbələ - Xəzər Lənkəran 1:1 (0:0)
Qollar: C.Hüseynov, 46 (1:0). D.Blajevski, 84 (1:1).
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.
Qəbələ: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 7. Ruslan Əmircanov, 11. Andrey Kristya, 12. Aleksandru Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 21. Yazalde de Pinto, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 3. Şirməmməd Məmmədov, 9. Viktor Mendi, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 88. Müşfiq Teymurov, 90. Ekiqo Ehiosun.
Baş məşqçi: Dorinel Muntyanu.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 8. Qalin İvanov, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 27. Adrian Skarlatake, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 10. Elnur Abdullayev, 13. Aleksandr Şemonayev, 18. Tural Cəlilov, 28. Fernando Qabriel, 97. Elnur Cəfərov, 99. Deyan Blajevski.
Baş məşqçi: Oğuz Çətin.
Turun digər oyunları: Neftçi - Qarabağ - 1:3, Bakı - Araz Naxçıvan - 2:1, AZAL - İnter - 1:1.
Bombardirlər:
5 - Mikel Alvaro (İnter)
3 - Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).