Rauf Əliyev: Qarabağdan ayrıldığıma təəssüflənmirəm
"Xəzər Lənkəran"ın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- "Qəbələ" ilə oyun öncəsi sizin məşqi erkən tərk etdiyiniz bildirilir. Niyə?
- Yəni komanda məşqi vaxtından öncə başa vurub?
- Bəli...
- Xeyr, elə şey olmayıb. Məşqdə sadəcə, zədəli futbolçular iştirak etməyiblər. Məşq normal keçib.
- Oyundan nə gözləyirsiz?
- Rəqib də bizi kimi qeyri-sabit oyun sərgiləyir. "Qəbələ" son vaxtlar artırıb. Heyətlərində çoxlu yaxşı futbolçular var. Ciddi rəqibdi.
- Sizi hansı nəticə qane edəcək?
- Bizə səfərdə çətin olacaq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- "Xəzər Lənkəran"da kifayət qədər yaxşı futbolçular olsa da, sabit oyun sərgiləmir. Bunu nə ilə izah edərdiz?
- Bizim bəxtimiz tez-tez gətirmir. Başqa xüsusi problemimiz yoxdu. Əgər 2-3 ardıcıl qələbə qazansaq, hər şey qaydasına düşəcək.
- Öz oyununuzu necə dəyərləndirərdiz?
- Ələ düşən şanslardan lazımınca yararlana bilmirəm. Amma bu, bütün komandanın problemidi. Özümü "Xəzər Lənkəran"da yaxşı hiss edirəm.
- Bəlkə, sizdə lider problemi var?
- Düşünmürəm. Sadəcə, əminlik çatışmır.
- Qarşıda İtaliya və Xorvatiya ilə oyunlar var. Sizcə, bu oyunlarda neçə xal toplaya bilərik?
- Öz gücümüz daxilində əlimizdən gələni edəcəyik. Amma çətin olacaq. Çünki iki güclü komandaya qarşı mübarizə aparacağıq.
- Vaxtilə şərəfini qoruduğunuz "Qarabağ" indi Avroliqanın qrup mərhələsində çıxış edir. Təəssüflənmirsiz?
- Xeyr, niyə təəssüflənim ki. Mən öz karyeramdan razıyam.