Millimiz Almaniyaya təlim-məşq toplanışına gedir
29 sentyabr 2014 15:00
Oktyabrın 12-dən 24-dək Almaniyanın Heusenstamm şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplanış çərçivəsində yığma üzvləri laktat testi verəcək, həmçinin 4 yoxlama oyunu təşkil olunacaq.
Toplanışda iştirak edəcək futbolçuların siyahısı sonra açıqlanacaq.