Neftçi Əli Daei ilə danışıq apardığını təkzib etdi
29 sentyabr 2014 18:45
"Neftçi" rəsmisi Elnur Əşrəfoğlu iranlı futbol mütəxəssisi Əli Daei ilə danışıq apardıqları barədə qonşu ölkə mətbuatının yaydığı məlumatı təkzib edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün bu söhbətlər reklamdan başqa bir şey deyil. Hesab edirik ki, Daeinin reklama ehtiyacı yoxdu. "Neftçi"nin baş məşqçisi var - Arif Əsədov. Biz ona böyük ümidlər bəsləyirik".