Valeh Seyidov: Qol özü gələcək
30 sentyabr 2014 16:11
Şənbə günü ölkə çempionatında ilk qələbəsini qazanan “Bakı”nın heyətində debüt edən Valeh Seyidov ilk oyunu ilə bağlı təəssüratlarını bildirdi. Azerisport.az xəbər verir ki, bu oyunda “Bakı” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə qələbə qazanıb.
“Ilk oyunum olduğu üçün çox həyəcanlı idim. Debütümdə komandanın qələbə qazanması məni sevindirdi. Növbəti oyunlarda meydanda olduğum dəqiqələrin sayını daha da artırmağa, çalışıb daha yaxşı mübarizə aparacam. Qol isə özü gələcək”, - Seyidov klubun saytına dedi.