Ruslan Abışov İtaliya və Xorvatiyaya qarşı oynamaya bilər
1 oktyabr 2014 16:35
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya və Xorvatiya ilə oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunlarda komandaya lazım olduğumu anlayıram. Özüm də İtaliya və Xorvatiya ilə görüşlərdə iştirak etməyi çox istəyirəm. Amma böyük ehtimalla hər iki görüşü buraxmalı olacam. Klubdakı həkimlər mənə iki həftəlik istirahət lazım olduğunu deyirlər. Əks halda vəziyyətim daha da ağırlaşa bilər. Son qərarı yığmamızın həkimlərinin rəyindən sonra verəcəm".