"Sadıqovla Çumbinyonun yoxluğu Qarabağ üçün böyük itkidi"
1 oktyabr 2014 18:00
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oyundakı şanslarından danışıb. Azerispot.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, "Qarabağ" üçün tarixi bir oyundu. Ağdam klubu İtaliya nəhəngi üçün başağrı ola bilər. Təbii ki, komandamızın oyunu alınsa. İstənilən halda tələsməmək lazımdı. Komandalar arasındakı səviyyə fərqi çox böyükdü. Rəşad Sadıqovla Çumbinyonun yoxluğu "Qarabağ" üçün böyük itkidi. Amma "İnter"in geniş heyəti var".