Yığmamızı Norveçlə matça kim çıxaracaq?
17 oktyabr 2014 12:35
Noyabrın 16-da futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, millimizin baş məşqçisi Berti Foqts istefaya göndərildiyindən, komandamızı Norveçlə oyuna kimin çıxaracağı sual doğurur.
Mümkündü ki, həmin tarixə qədər yığmamızın yeni baş məşqçisi müəyyənləşsin. Amma bu, baş verməsə, o zaman millini Norveçlə qarşılaşmaya çıxarmaq üçün üç variant var:
1-ci variant son dövrlər Berti Foqtsun köməkçisi vəzifəsində çalışan Mahmud Qurbanovdu.
2-ci variant Mahmud Qurbanovla Aslan Kərimov cütlüyüdü. Hansı ki, Kərimov da Qurbanov kimi, yığmamızda çalışırdı.
3-cü variant isə U-21-in baş məşqçisi və AFFA-nın texniki direktoru olan Bernard Lippertdi.