Foqtsu Lippert əvəzləyəcək
19 oktyabr 2014 11:30
Bolqarıstan mətbuatı futbol üzrə Azərbaycan yığmasının yeni baş məşqçisinin kim olacağına dair təxminlərini paylaşıb. Azerisport.az xəbər verir ki, sözügedən ölkədə istefaya göndərilmiş Berti Foqtsu onun həmyerlisi, U-21 millimizin çalışdırıcısı Bernard Lippertin əvəzləyəcəyi bildirilir.
Ehtiyat variant kimi "Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç, hazırda əsas komandamızda məşqçi kimi çalışan Mahmud Qurbanovun da adı çəkilməkdədi.
Qeyd edək ki, yığmamız müvəqqəti olaraq məhz Mahmud Qurbanova tapşırılıb.