Azərbaycan Kubokunda ilk oyunlara hakim təyinatları açıqlandı
21 oktyabr 2014 11:50
23-cü Azərbaycan Kubokunun 1/16 final mərhələsinə hakim təyinaları açıqlanıb. Azerisport.az sizi həmin təyinatlarla tanış edir.
Azərbaycan Kuboku
1/16 final
22 oktyabr (çərşənbə)
MOİK - Lokomotiv
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov.
"Bakı"nın təlim-məşq bazasının stadionu, 14:00.
Qaradağ Lökbatan - Zirə
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov.
Bakı. “Dalğa Arena”, 14:00.