"Penalti Qarabağla oyunumuza çox təsir etdi"
22 oktyabr 2014 14:00
"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyuna yaxşı hazırlaşmışdıq. Amma ələ düşən qol şanslarını lazımınca dəyərləndirə bilmədik və məğlub olduq (0:2). Düzdü, səhvlərimiz oldu, amma qapımıza təyin olunan penalti oyunumuza çox təsir etdi. Əgər həmin penalti olmasaydı, hesabı bərabərləşdirə bilərdik. Hakimin haqlı olub-olmadığını deyə bilmərəm. Biz artıq növbəti turun "Sumqayıt"la oyununu düşünürük. Həmin oyunda bizə üç xal qazanmaq lazımdı".